Yazını böyüt
Yazını kiçilt
Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.
Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay öz "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi:
"Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur".
Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur:
"Bu cinayətlər cəzasız qalmayacaq".